Politico: “Paris London qarşıdurması”

      Politico:    “Paris London qarşıdurması”
  25 Fevral 2026    Oxunub:1554
Fransa müdafiə, rəqəmsal və sənaye sektorlarında dövlət müqavilələri üçün Avropa məhsullarından istifadə layihəsində Böyük Britaniyaya güzəştli rejim təqdim edilməsinə qarşı çıxır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“Eyni vaxtda iki stulda oturmaq olmaz”, - fransalı yüksək vəzifəli rəsmilərdən biri Londonun Avropa İttifaqına (Aİ) üzv olmayan Böyük Britaniyanın Avropa layihələrində iştirakı istəyini şərh edərkən deyib.

Nəşrin yazdığına görə, Böyük Britaniya nümayəndəsi krallığın hərəkətlərinin “xoş niyyətli” olduğunu vurğulayıb və onun Aİ proqramından kənarlaşdırılmasının Fransa şirkətlərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paris   London   qarşıdurma  



Xəbər lenti