İrandan Azərbaycana 917 nəfər təxliyə edilib

İrandan Azərbaycana 917 nəfər təxliyə edilib
  03 Mart 2026    Oxunub:1906
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 18:00-dək İrandan ümumilikdə 917 nəfər – müxtəlif ölkələrin vətəndaşları təxliyə olunub.

Təxliyə edilənlər arasında 204 Azərbaycan, 278 Çin, 127 Rusiya, 76 Pakistan, 99 Tacikistan, 43 Oman, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belarus, 5 Serbiya, 4 İordaniya, 4 İsveçrə vətəndaşı var.

Bundan əlavə, Qətər, Banqladeş, Özbəkistan, İran və Meksikanın hər biri üzrə 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Türkiyə və Yəmənin hər biri üzrə 2 vətəndaşı təxliyə edilib. İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər çıxarılıb.


Teqlər: Böhran   Təxliyə  



Xəbər lenti