"Molla rejimi başını itirib" - Azay Quliyev
Bütün bu jestlərə və dostluq mesajlarına görə bizə təşəkkür etmək əvəzinə, İran övladlarımızı Naxçıvanda öldürmək üşün məktəbə və hava limanına dron göndərdi.
Bu hadisə İran rejiminin nə qədər nankor və fürsətcil olduğunu, dinc insanlara qənim kəsilən terrorçu mahiyyətini bir daha sübut edir.
Eyni zamanda göstərir ki, batmaq üzrə olan İran rejimi özünün “qardaş” hesab etdiyi Ermənistandan başqa demək olar ki, bütün qonşularına, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ən iyrənc addımlar atmağa hazırdır. Görünür, başsız qalmış molla rejimi “başını” tam itirib.
Bu alçaq və qorxaq hücumdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin ayrı-ayrılıqda verdiyi bəyanatlarını, xüsusilə, bu hücumun heç bir halda cavabsız qalmayacağı və zəruri tədbirlərin hazırlandığı barədə dövlətimizin qətiyyətli mövqeyini tam şəkildə dəstəkləyirik.
İran qısa müddət ərzində bu hücuma və terror aktına aydınlıq gətirməli, Azərbaycandan üzr istəməli və cinəyatkarları cəzalandırmalıdır.
Hesab edirəm ki, bu hadisəyə İranda yaşayan və rejim tərəfindən hüquq və azadlıqları daim heçə sayılan, əzilən 40 milyonluq soydaşlarımız da laqeyd qalmamalı və özlərinin kəskin etirazlarını bildirməlidirlər.
Xalqımız hər zaman dövlətinin, ordusunun və Ali Baş Komandanın yanındadır və bu kimi alçaq hücumlara qarşı səfərbər olmağa hazırdır.







Vaxtında, Aydın, Lazımlı!


