Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfər edəcək

   Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfər edəcək
  06 Mart 2026    Oxunub:1864
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Koşta Azərbaycanın hökumətinin yüksək səviyyəli nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

“Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaşdır. Enerji sahəsində əməkdaşlığımız enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərimiz baxımından mühüm rol oynayır. Görüşümüz həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün imkan yaradacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik nümayiş etdirir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər 1999-cu ildən qüvvədə olan Aİ–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Avropa İttifaqı Azərbaycanda əsas investor və ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir.

M.Həsənli
AzVision.az




Teqlər:



Xəbər lenti