Prezident İlham Əliyev ilə Aleksandar Vuçiç danışıb

   Prezident İlham Əliyev ilə Aleksandar Vuçiç danışıb
  06 Mart 2026    Oxunub:1738
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, bölgədə gərginliyin daha da artmasından narahatlıq ifadə olunub. İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

Bununla yanaşı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısı Aleksandar Vuçiçi ad günü münasibətilə təbrik edib.

Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

AzVision.az



Teqlər:



Xəbər lenti