İran vətəndaşı Səngəçaldakı körpünü partlatmaq istədi

 İran vətəndaşı Səngəçaldakı körpünü partlatmaq istədi
  06 Mart 2026    Oxunub:1942
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını alıb.
İranın Azərbaycanda terror planları ifşa olunub | VİDEO

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasında kəşfiyyat xarakterli məlumatların toplanılması, terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib.

Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları vəd edən İran İslam Respublikası vətəndaşı Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub.

Eyni zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayan yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşrıqlar aldığı məlum olub.

AzVision.az



Teqlər:  



Xəbər lenti