Metroda cibgirlik edən şəxs saxlanılıb

Metroda cibgirlik edən şəxs saxlanılıb
  07 Mart 2026    Oxunub:2006
Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.
Belə ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti