Fransa Qırmızı dənizə freqatlar göndərəcək | VİDEO

Fransa Qırmızı dənizə freqatlar göndərəcək  | VİDEO
  09 Mart 2026    Oxunub:1548
Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi və açıq saxlanılması üçün müdafiə missiyası elan edib.
AzVision.az xəbər verir ki, Fransa Qırmızı dənizə iki freqat göndərəcək. Bu barədə ölkə prezidenti Emmanuel Makron Kiprdə Nikos Christodoulides Kyriakos Mitsotakis ilə keçirdiyi görüşdən sonra açıqlama verib.

Onun sözlərinə görə, gəmilər Avropa İttifaqının dəniz missiyası olan Aspides missiyası çərçivəsində bölgəyə göndəriləcək.

Makron qeyd edib ki, missiya tamamilə müdafiə xarakteri daşıyacaq.

Əsas məqsədi dənizdə müşayiət və təhlükəsizliyin təmin edilməsi olan missiya həm Avropa, həm də Avropadan kənar ölkələrlə birgə hazırlanır.



M.Həsənli

AzVision.az



Teqlər:



Xəbər lenti