BƏƏ-yə hücumlar: yaralananlar arasında azərbaycanlılar da var

   BƏƏ-yə hücumlar: yaralananlar arasında  azərbaycanlılar  da var
  10 Mart 2026    Oxunub:2384
İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ)hücumları nəticəsində yaralananlar arasında Azərbaycan vətəndaşları da var.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı BƏƏ Müdafiə Nazirliyi X hesabında məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Ümumilikdə 24 ölkədən 122 nəfər yaralanıb.

Nazirliyin açıqlamasında bildirilir ki, hücumlar nəticəsində BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları da həlak olub. Yaralananların isə yüngül və orta dərəcəli xəsarətlər aldığı qeyd edilir. Rəsmi məlumata əsasən, yaralananlar arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Azərbaycan və Türkiyə vətəndaşları da var.

Röya Əliyeva
AzVision.az




Teqlər:



Xəbər lenti