Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Rusiya səfiri Azərbaycana təşəkkür etdi
  12 Mart 2026    Oxunub:2308
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib ki, İranın xahişi ilə ölkəyə göndərilən tibbi ləvazimatların Azərbaycanda qəbul olunması prosesi sürətlə və peşəkar şəkildə təşkil edilib.
Səfirin sözlərinə görə, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti arasında baş tutan telefon danışığı zamanı İran tərəfi ölkəyə tibbi yardımın çatdırılmasını xahiş edib və bu məsələ Prezident İlham Əliyev tərəfindən bir saat ərzində təsdiqlənib.

“Azərbaycan tərəfinə çox təşəkkür edirəm. Hər şeyin necə gözəl təşkil olunduğunu görürsünüz. 13 ton tibbi ləvazimatın İrana çatdırılması həm Rusiya, həm də İran üçün çox xoşdur”, – deyə Mixail Yevdokimov əlavə edib.

Bu təşəbbüs regional əməkdaşlıq və humanitar dəstəyin sürətli koordinasiyasını göstərən nümunə kimi qiymətləndirilir.
Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti