Bu gün 6 ölkənin 60 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

Bu gün 6 ölkənin 60 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
  14 Mart 2026    Oxunub:1058
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Bu gün səhər saat 09:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsi vasitəsilə ümumilikdə 60 nəfər Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunanlar arasında 43 nəfər Hindistan, 6 nəfər Rusiya, 4 nəfər Kanada, 3 nəfər Tacikistan, 3 nəfər Azərbaycan və 1 nəfər Pakistan vətəndaşı var.

Təxliyə edilən şəxslər sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə buraxılıblar.

AzVision.az




Teqlər:



Xəbər lenti