Nazir çıxışında uğur anlayışına da toxunaraq qeyd edib ki, uğurlu olmaq hər bir insan üçün fərdi məna daşıyır, uğur yalnız nəticə ilə deyil, eyni zamanda, insanın özünü xoşbəxt və faydalı hiss etməsi ilə ölçülür. Emin Əmrullayev vurğulayıb ki, uğurlu olmağın əsas komponentləri sırasında fərdi bacarıqlar və fitri istedadla yanaşı, ən vacib amillərdən biri mühitdir. Nazir sağlam və inkişafyönümlü mühitin formalaşmasının həm fərdi inkişafda, həm də peşəkar uğurun əldə olunmasında həlledici rol oynadığını qeyd edib.
Görüş zamanı, həmçinin qərarvermə prosesində məsuliyyət, öyrənmə bacarığı, davamlı inkişaf və komanda ilə işləməyin əhəmiyyəti kimi məsələlərə toxunulub.
İnteraktiv formatda keçirilən görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb və açıq müzakirələr aparılıb.
Qeyd edək ki, “Danışır təcrübə” layihəsinin əsas məqsədi müxtəlif sahələrdə uzunillik təcrübəyə malik peşəkarların iştirakı ilə nazirliyin və tabeli qurumların əməkdaşları üçün praktik bilik və bacarıqların paylaşılması, onların şəxsi və peşəkar inkişafına töhfə verilməsidir.







Vaxtında, Aydın, Lazımlı!


