İran XİN: "Zelenski Yaxın Şərq ölkələrini aldatmağa çalışır"

İran XİN: "Zelenski Yaxın Şərq ölkələrini aldatmağa çalışır"
  30 Mart 2026    Oxunub:2579
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai Ukrayna Prezidenti Volodymir Zelenskini Yaxın Şərq ölkələri ilə hərbi əməkdaşlıq sazişləri bağlayarkən onları aldatmağa cəhd göstərməkdə ittiham edib.
Baqainin sözlərinə görə, Zelenskinin səfər etdiyi region ölkələri “öz ölkəsini dağıdıcı müharibəyə sürükləmiş və Ukrayna xalqı üçün faciələrə səbəb olmuş bir şəxsin” onları aldatmasına imkan verəcək qədər sadəlövh deyil.
Zelenski dron müdafiəsi üzrə yardımın qarşılığında pul və silah istəyir

Məlumata görə, martın sonunda Zelenski Körfəz ölkələrinə səfər edib. O, səfər çərçivəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniyada olub və bu ölkələrlə hərbi əməkdaşlıq barədə razılaşmalar əldə etdiyini bildirib.
Zelenski dron müdafiəsi üzrə yardımın qarşılığında pul və silah istəyir


Bundan əvvəl Zelenski Yaxın Şərq ölkələrinə pilotsuz uçuş aparatlarından müdafiə ilə bağlı təkliflər irəli sürmüşdü. İranın kamikadze dronlarına qarşı müdafiə təcrübəsini paylaşmağın müqabilində pul və texnologiya istəmişdi.

M. Həsənli
AzVision.az


Teqlər:   İran   Zelenski  



Xəbər lenti