XİN rəhbəri regional vəziyyətdən narahatlığını ifadə edib

   XİN rəhbəri regional vəziyyətdən narahatlığını ifadə edib
  30 Mart 2026    Oxunub:2031
Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti