Putin Ərdoğana zəng edib

Putin Ərdoğana zəng edib
  03 Aprel 2026    Oxunub:2407
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər. Putin Ukrayna üzrə danışıqlar prosesinə dəstək verməyə hazır olduğu üçün Ərdoğana təşəkkürünü bildirib.

Liderlər həmçinin İran ətrafında artan gərginliyin, xüsusilə enerji sektoru üçün mənfi nəticələrə səbəb olduğunu qeyd ediblər.

Görüş zamanı Rusiya-Türkiyə siyasi və ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində atılacaq addımlar da nəzərdən keçirilib.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti