Qətər İrandan kompensasiya tələb edir

Qətər İrandan kompensasiya tələb edir
  08 Aprel 2026    Oxunub:2337
Qətərin Xarici İşlər Nazirliyi İranın hücumları nəticəsində dəyən ziyana görə kompensasiya ödəməli olduğunu bəyan edib.
Rəsmi Doha bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatını məlumatlandırıb. Qeyd olunub ki, pilotsuz uçuş aparatları və raket zərbələrinə görə hüquqi cavabdehlik və maliyyə məsuliyyəti İranın üzərinə düşür.

"Qətər İranın hərbi əməliyyatları nəticəsində ölkəyə dəyən ziyanın ödənilməsini tələb edir", - deyə bəyanatda qeyd olunur.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti