Suraxanıda darvaza oğruları saxlanılıb

Suraxanıda darvaza oğruları saxlanılıb
  12 Aprel 2026    Oxunub:1826
Suraxanıda 13 ədəd dəmir darvaza oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov, A.İmanov, N.Albabayev və H.Babayev müəyyən edilərək saxlanılıblar.

Onların oğurladıqları əşyaların bir hissəsini əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

Araşdırma aparılır.




Teqlər:



Xəbər lenti