Avropada neftin qiyməti rekord həddə yüksəldi

Avropada neftin qiyməti rekord həddə yüksəldi
  13 Aprel 2026    Oxunub:1836
ABŞ-ın Hörmüz boğazı ilə bağlı blokada qərarından sonra Avropada neftin qiyməti kəskin artaraq demək olar ki, 150 dollaraçatıb.
Şimal dənizi mənşəli Forties markalı neftin spot qiyməti bir barel üçün 148,87 dollar səviyyəsinə yüksələrək tarixi rekord qırıb və 2008-ci ilin pik göstəricilərini geridə qoyub.

Brent markalı neft üzrə kontraktlar təxminən 102 dollar səviyyəsində ticarət olunur və ötən həftə ilə müqayisədə 7% bahalaşıb.

Qiymət fərqi əsasən tədarükdə yaranan risklər və logistik məhdudiyyətlərlə izah edilir. ABŞ-ın İran limanlarına və strateji dəniz marşrutlarına nəzarəti gücləndirməsi, eyni zamanda Tehranın boğazdan keçid üçün ödəniş tələb etməsi bazarda qeyri-müəyyənliyi artırıb.

Ekspertlər hesab edir ki, Hörmüz boğazı ətrafında vəziyyətin sabitləşməməsi halında enerji bazarlarında volatillik davam edə bilər.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti