Yaponiya silah satışına icazə verdi
“Kyodo News” agentliyinin məlumatına görə, yeniliklər ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.
“Müdafiə avadanlıqları və texnologiyalarının ötürülməsi üzrə üç prinsip”ə və onların tətbiqinə dair rəhbər sənədə edilən dəyişikliklərə əsasən, əvvəllər ixracı yalnız beş qeyri-döyüş kateqoriyası ilə məhdudlaşdıran qaydalar ləğv olunub. Bu kateqoriyalara xilasetmə, nəqliyyat, xəbərdarlıq, müşahidə və minatəmizləmə təyinatlı avadanlıqlar daxil idi.
Bununla yanaşı, münaqişələrin baş verdiyi ölkələrə silah tədarükü hələ də qadağan olaraq qalır. Lakin “xüsusi hallar” adı altında istisna mexanizmi saxlanılıb ki, bu da Yaponiyanın təhlükəsizlik ehtiyacları və ABŞ-ın Hind-Sakit okean regionundakı hərbi əməliyyatları ilə bağlı halları əhatə edə bilər.
M.Həsənli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


