Metroda interval azaldılacaq
Bildirilib ki, bir sıra stansiyalarda sərnişin axınını idarə etmək üçün əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.
Forum günlərində qatarların hərəkət qrafikinə xüsusi düzəlişlər edilərək, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək.
Qeyd olunub ki, tədbirlə əlaqədar Bakı metropolitenindən ödənişsiz istifadə hüququnun təmin edilməsi ilə bağlı yalnız WUF13 Əməliyyat Şirkəti ilə müvafiq əlaqəli fəaliyyət əsasında ictimaiyyətə məlumatlar təqdim ediləcək.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


