Çempionlar Liqasında ilk finalçı bəlli olur
İngiltərənin “Arsenal” klubu öz meydanında İspaniyanın “Atletiko Madrid” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.
Komandalar arasında Madriddə baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1. Cütün qalibi turnirin ilk finalçısı olacaq.
Qeyd edək ki, yarımfinalın digər cavab matçı mayın 6-da Almaniyada “Bavariya” ilə Fransanın PSJ klubu arasında oynanılacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


