İran limanında gəmilər yanır | FOTO

İran limanında gəmilər yanır    | FOTO
  05 May 2026    Oxunub:1584
İranın Buşehr əyalətində yerləşən Deyər limanında bir neçə gəmidə yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

İlkin olaraq iki yedək gəmisində yanğın başlayıb, onlardan biri artıq demək olar ki, söndürülüb. Alov daha sonra yaxınlıqda yerləşən iki taxta barjaya keçib. Yanğınsöndürənlər alovun digər gəmilərə yayılmasının qarşısını almağa çalışırlar.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Yanğının səbəbi hələlik məlum deyil.



Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti