Yol polisi tətilə gedənlərə müraciət etdi
Sürücülərdən xahiş olunur ki:
• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.
• Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər.
• Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.
• Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər.
• Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər.
Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərlər zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir”.
Teqlər: Polis Yol-hərəkəti







Vaxtında, Aydın, Lazımlı!


