Ermənistandakı seçkinin nəticəsi bütün bölgəyə təsir edəcək │ Şərh
"Anadolu" agentliyinə açıqlamasında politoloq qeyd deyib ki, normallaşma təkcə Ankara ilə Yerevan arasında diplomatik əlaqələrin inkişaf etdirilməsi demək deyil. Prosesin strateji çəkisi Orta Dəhlizin gələcəyi, qlobal enerji marşrutları və bölgədəki yeni güc balansları ilə əlaqəsindədir. Azərbaycanı Ermənistanın Sünik bölgəsi vasitəsilə Naxçıvana və daha sonra Türkiyəyə bağlaması nəzərdə tutulan Zəngəzur dəhlizi də bu müzakirənin mərkəzindədir. Bu layihənin reallaşması Cənubi Qafqazın regional ticarət və enerji axınlarının Avropa bazarlarına çatmasını təmin etməkdə strateji əhəmiyyətini artıracaq.
B.Çalışkan vurğulayıb ki, bunun əksinə, Paşinyanın parlamentdə hakimiyyətini itirməsi və ya normallaşmaya tərəddüd edən aktorların təsirinin artması bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. Belə bir ssenari son illərdə əldə edilən diplomatik nailiyyətlərin azalmasına və regionu yenidən struktur qeyri-müəyyənliyinə gətirib çıxaracaq. Ankara və Bakı ilə birbaşa əlaqələrin zəifləməsi regional nəqliyyat və enerji layihələri ilə bağlı planlara da mənfi təsir göstərəcək. Buna görə də, 7 iyun seçkiləri təkcə Ermənistanın daxili siyasi balansını deyil, həm də Cənubi Qafqazda sülhün, əlaqənin və geosiyasi güc balanslarının formalaşacağı konkret parametrləri müəyyən edən mühüm bir dönüş nöqtəsi olacaq.
Teqlər: Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


