Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb

Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
  16 İyun 2026    Oxunub:267
15 iyun 2026-cı il tarixində “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 5-ci “YAŞAT” düşərgəsinə start verilib.
Ümumilikdə 400-ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

“Lankaran Springs Wellness Resort” Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgələrdə şəhidlərimizin 10-11, 12-13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.

İlk gün düşərgə iştirakçısı Elçin Ömərovun doğum günü də qeyd olunub.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, "Norm" ASC;

Dəstəkçilər: “Happy day cake”, “Cırtdan Entertainment” MMC, "Asterias" Təlim və İnkişaf Mərkəzi, “Circus Sea Breeze”, “Badamlı" Mineral Suları.

Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti