Mbappe rekordu təzələdi

Mbappe rekordu təzələdi
  17 İyun 2026    Oxunub:169
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə braziliyalı əfsanə Peleni geridə qoyub.
Mbappe turnirin qrup mərhələsinin ilk turunda Seneqal ilə oyunda fərqlənərək dünya çempionatlarındakı qollarının sayını 13-ə çatdırıb. Bununla da o, Pelenin 12 qolluq göstəricisini üstələyib.

Mbappe bu göstərici ilə Just Fontaine və Lionel Messi ilə eyni sırada qərarlaşıb. Siyahıda onu yalnız Gerd Müller (14 qol), Ronaldo (15) və Miroslav Kloze (16) qabaqlayır.

Kilian Mbappe həmçinin milli komandanın tarixində ən çox qol vuran futbolçu olub. O, 2026-cı il dünya çempionatında Seneqala qarşı oyunda vurduğu iki qolla milli komandadakı qollarının sayını 58-ə çatdırıb. Bununla da Fransa millisinin bombardirləri siyahısında 57 qolla ikinci yerdə qərarlaşan Olivye Jirunu geridə qoyaraq birinci pilləyə yüksəlib.



Teqlər: Futbol    



Xəbər lenti