Naxçıvan: Yalnız bərpaolunan enerji

   Naxçıvan:    Yalnız bərpaolunan enerji
  03 İyul 2026    Oxunub:353
Cari ilin 21 aprel - 2 iyul tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpaolunan enerji mənbələri hesabına təmin edilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu müddət ərzində su elektrik stansiyalarında (SES) 104,486 milyon kilovat-saat, Günəş elektrik stansiyalarında (GES) isə 13,888 milyon kilovat-saat olmaqla, ümumilikdə 118,374 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.


Teqlər: Naxçıvan   Energetika  



Xəbər lenti