Yaratmaq istəyənlər üçün: Kino İnkubasiya Proqramına qeydiyyat başlayır

      Yaratmaq istəyənlər üçün:    Kino İnkubasiya Proqramına qeydiyyat başlayır
  07 İyul 2026    Oxunub:659
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə ölkədə kino sahəsində yaradıcı potensialın inkişafına yönəlmiş “Yaradıcı Kino İnkubasiya Proqramı” həyata keçiriləcək.
Proqram “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası və Mədəniyyət Nazirliyinin “Kinematoqrafiya sahəsinin inkişafı ilə bağlı Tədbirlər Planı (2026–2027)” çərçivəsində yaradıcı istedadların dəstəklənməsinə, innovativ ideyaların inkişafına və gənclərin film sənayesinə cəlb olunmasına xidmət edir. Əsas məqsəd kino sənayesində yeni biznes subyektlərinin yaranmasına dəstək verməkdir.

Proqram üç mərhələdən ibarət olacaq:

Ustad dərsləri


İştirakçılar investisiyaların cəlb edilməsi, ideyanın biznes modelinə çevrilməsi, süni intellektin kinoda tətbiqi, kino marketinqi, ssenari yazılışı və digər mövzular üzrə yerli və beynəlxalq ekspertlərlə görüşəcəklər.

İdeaton – Filmaton

Filmaton çərçivəsində iştirakçılar komandalar şəklində 3 dəqiqəyədək qısa film, film posteri dizaynı, süni intellekt vasitəsilə animasiya filmi, ssenari yazılışı, mobil tətbiq və innovativ xidmətlər istiqamətləri üzrə layihələr hazırlaya biləcəklər.

İnkubasiya proqramı

Seçilmiş komandalar mentorluq, ixtisaslaşmış təlimlər, ofis dəstəyi və film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları əldə edəcəklər. Hazırlanan layihələr proqramın sonunda baş tutacaq “Təqdimat günü” tədbirində nümayiş etdiriləcəklər.

Proqrama mədəniyyət, incəsənət, dizayn, kino, texnologiya və yaradıcı sənaye sahələri üzrə təhsil alan və fəaliyyət göstərən gənclərin cəlb olunması nəzərdə tutulur.

Qeydiyyat üçün bu linkə daxil olun


Teqlər: Kino   ARKA   Yaradıcı  



Xəbər lenti