Türkmənistan Azərbaycanda yeni səfirlik binası tikəcək

Türkmənistan Azərbaycanda yeni səfirlik binası tikəcək
  10 İyul 2026    Oxunub:239
Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi Azərbaycan Respublikasındakı Türkmənistan səfirliyinin yeni inzibati binasının tikintisi ilə bağlı beynəlxalq tender elan edib.
AzVision.az xəbər verir ki, tenderdə iştirak etmək istəyən şirkətlərin müraciət və təklifləri Türkmənistanın Tikinti və Memarlıq Nazirliyinin Marketinq və Xarici İqtisadi Əlaqələr İdarəsində müəyyən olunmuş qaydada qəbul edilərək qeydiyyata alınacaq.

Müraciətlərin son qəbul tarixi 19 avqust 2026-cı il müəyyən edilib.

Qeyd edək ki, Türkmənistanın Bakıda səfirliyi fəaliyyət göstərir və son illər iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Yeni səfirlik binasının inşası da diplomatik infrastrukturun gücləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.


Teqlər:



Xəbər lenti