ABŞ-nin İran planı: 3 variant nəzərdən keçirilir

      ABŞ-nin İran planı:    3 variant nəzərdən keçirilir
  21 İyul 2026    Oxunub:827
ABŞ Prezidenti Donald Trampın xarici siyasət irsi böyük ölçüdə İranla münaqişənin nəticələrindən asılı olacaq. Lakin "Financial Times" qəzetinin yazdığına görə, Vaşinqtonun hələlik qələbəyə nail olmaq üçün tutarlı planı yoxdur.
ABŞ administrasiyasında əməliyyatın mümkün uğur meyarlarının müzakirəsi gedir. İranın nüvə proqramının məhdudlaşdırılması və Hörmüz boğazında azad gəmiçiliyin təmin edilməsi belə meyarlardan sayıla bilər. Lakin İranın region ölkələrinə davam edən zərbələri bu məqsədlərə çatmağı getdikcə daha da çətinləşdirir.

Tehranı diplomatik üsullarla cilovlamağın mümkün olmayacağı getdikcə aydınlaşır. Bu fonda ABŞ ilə İsrailin ilkin məqsədi olan İran rejiminin dəyişdirilməsi ideyası yenidən aktuallaşır. Bu strategiyanın əsas elementlərindən biri iqtisadi təzyiqin gücləndirilməsi, o cümlədən bir neçə ay ərzində İranın neft gəlirlərinin əhəmiyyətli hissəsini kəsmək və dərin iqtisadi böhran yaratmaq cəhdi ola bilər.

Eyni zamanda, Tehrana daxili təzyiqi artırmaq üçün İran rejimi daxilində potensial müttəfiqlərin axtarışı və kürd qüvvələrinə dəstək verilməsi imkanları da nəzərdən keçirilir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   İran  






Xəbər lenti