ABŞ İsraildəki vətəndaşlarına xəbərdarlıq edib

ABŞ İsraildəki vətəndaşlarına  xəbərdarlıq  edib
  22 İyul 2026    Oxunub:727
ABŞ-ın İsraildəki səfirliyi ölkədəki Amerika vətəndaşlarına kriminal zorakılıq hallarının artması ilə əlaqədar xəbərdarlıq edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, mütəşəkkil cinayətkar qruplar arasında qarşıdurmalarla əlaqəli zorakılıq hadisələrinin çoxalması barədə məlumatlar diqqətlə izlənilir.

AzVision.az Ynet-ə istinadən xəbər verir ki, ABŞ vətəndaşlarına ayıq-sayıq olmaları, mümkün toqquşma məkanlarından uzaq durmaları, həmçinin yerli hakimiyyət orqanlarının və səfirliyin rəsmi məlumatlarını izləmələri tövsiyə olunub.

Qeyd olunub ki, bu cür xəbərdarlıqlar adətən terror təhlükəsi və ya silahlı münaqişələrin gərginləşməsi ilə bağlı verilsə də, bu dəfə diqqət mütəşəkkil cinayətkar qrupların fəaliyyəti ilə əlaqədar kriminal zorakılığın artmasına yönəlib.

Röya Əliyeva


Teqlər:






Xəbər lenti