Gürcüstan işıqsız qaldı , səbəb bilinmir

    Gürcüstan işıqsız qaldı , səbəb bilinmir
  25 İyul 2026    Oxunub:663
Gürcüstanda ardıcıl ikinci gündür ölkə üzrə genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb
AzVision.az yerli KİV və sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsi su təchizatında da problemlərə səbəb olub.
Bildirilir ki, Tbilisi şəhərində nasos stansiyalarının fəaliyyəti dayanıb.

İlkin məlumatlara əsasən, paytaxtın bəzi rayonlarında elektrik enerjisinin verilişi artıq bərpa edilib. Elektrik təchizatının mərhələli şəkildə bərpa olunacağı, prosesin tam başa çatmasının isə təxminən üç saat çəkə biləcəyi bildirilir.

Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, əvvəlki gün baş vermiş analoji kəsintinin Gürcüstan–Türkiyə yüksək gərginlikli ötürücü xəttindəki qəza ilə əlaqəli olduğu açıqlanmışdı . Bugünkü kəsintinin səbəbi isə hələlik rəsmən təsdiqlənməyib.

Məhəmmədəli Həsənli



Teqlər:






Xəbər lenti