"Türk Dövlətləri Təşkilatını gücləndirməyə hazırıq" - Ərdoğan

"Türk Dövlətləri Təşkilatını gücləndirməyə hazırıq" -    Ərdoğan
  25 İyul 2026    Oxunub:431
"Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsinə dair işi davam etdirməyə və may ayında Türküstanda keçirilən qeyri-rəsmi TDT Zirvə toplantısında qəbul edilən mühüm qərarlar kontekstində yeni addımlar atmağa hazırdır".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT Zirvə toplantısı birgə təşəbbüslərin gələcək təşviqi üçün fürsət olacaq. İki ölkə lideri Türkiyə ilə Özbəkistan arasındakı münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini, eləcə də, regional və qlobal gündəmləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Ankara ilə Daşkənd arasında dialoqun dərinləşməsindən məmnunluğunu ifadə edərək, Türkiyə-Özbəkistan Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının yanvar iclasından sonra ikitərəfli əlaqələrin yeni Yol xəritəsinin müəyyən edildiyini xatırladıb. O, Özbəkistana planlaşdırılan səfəri zamanı keçiriləcək görüşlər sayəsində münasibətlərdəki müsbət impulsun qorunub saxlanılacağına ümid etdiyini bildirib.

Türkiyə Prezidenti Özbəkistan liderini noyabrın 11-12-də Antalyada keçiriləcək COP31 iqlim konfransına dəvət edib və həmçinin Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib.


Teqlər: TDT   Türkiyə  






Xəbər lenti