Poroşenko: “Ukrayna yeni SSRİ-ni dəfn etdi”

Poroşenko: “Ukrayna yeni SSRİ-ni dəfn etdi”
  18 Sentyabr 2014    Oxunub:2755
Prezident Pyotr Poroşenko Kanada səfəri zamanı bəyan edib ki, Aİ-ilə assosiasiya haqqında saziş Ukrayna tərəfindən təsdiqləndikdən sonra Sovet İttifaqı yenidən bərpa olunma şanslarını itirdi.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Ukrayna artıq Sovet İttifaqının yenidən bərpa olunması barədə istənilən ümidləri dağıtdı. Biz – Avropa xalqıyıq” –deyə, Poroşenko bildirib.

Bundan əlavə, Poroşenko Kanadaya səfəri çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi barədə məsələləri müzakirə edəcək.

Qeyd edək ki, sentyabrın 16-da Ali Rada Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişi təsdiqləyib.

Rada da keçirilən səsvermədə 355 deputat qanun layihəsinin lehinə, 26 nəfər isə fikir bildirməkdən imtina edib. Qanun layihəsinin əleyhinə heç bir deputat səs verməyib.

Müvafiq qanun layihəsi Avropa Komissiyasının Strasburqda keçirilən iclasında da müzakirəyə çıxarılıb. Komissiyanın iclasında qanun layihəsinin lehinə 535, əleyhinə 127 nəfər səs verib. 35 deputat isə bitərəf olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti