Davudoğlu: “TANAP regiona sülh gətirəcək”

Davudoğlu: “TANAP regiona sülh gətirəcək”
  19 Sentyabr 2014    Oxunub:1420
Türkiyədə Trans Anadolu qaz kəmərinin (TANAP) təməlqoyma mərasimi gələn ilin mart ayında keçirilə bilər.
AzVision.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, TANAP layihəsinin istismara verilməsi bütün regiona sülh və sabitlik gətirəcək.

TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyərui 10-11 milyard həcmində qiymətləndirilir.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti