İŞİD-ə ağır zərbə: neft əllərindən çıxdı

İŞİD-ə ağır zərbə: neft əllərindən çıxdı
  11 Noyabr 2014    Oxunub:1921
İraq hərbçiləri Daha əvvəl İraq və şam İslam Dövləti (İŞİD) yaraqlıları tərəfindən tutulan Bayci şəhərini azad etdiklərini bəyan ediblər.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Salah - əd – Din vilayətində yerləşən şəhərdə İraqın ən böyük neft emalı zavodu yerləşirdi.
İraq Dövlət Televiyası ilə çıxışı zamanı general Abdulvahab Əs-Saaidi bəyan edib ki, hərbçilər yerli administrasiya və polis bölməsini binasını ələ keçirib. Daha əvvəl general şəhərin böyük hissəsində nəzarəti ələ keçirdiklərini bəyan ediblər.

İŞİD yaraqlıları yayda Bayci şəhərini ələ keçirdiklərini bəyan ediblər.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti