Erməni iş adamı ölü tapıldı

Erməni iş adamı ölü tapıldı
  21 Noyabr 2014    Oxunub:1368
Rusiyada erməni biznesmenin meyiti tapılıb.
Moskvada Xovansk qəbirstanlığında 54 yaşlı erməni biznesmen Sergey Dadayanın meyiti tapılıb.

Moskva polisinin açıqlamasına görə, onun meyiti bu gün saat 11 radələrində qəbirstanlıqda avtomobilinin içərisində sükanın arxasında aşkarlanıb. Onun necə öldürüldüyü barədə hələlik açıqlama verilmir.

Hazırda Moskva polisi faktla bağlı araşdırmalara başlayıb.

Dadayanın necə və hansı şəraitdə öldüyü müəyyən edilir.(Ans)


Teqlər:





Xəbər lenti