NATO Rusiya ilə sərhədə qoşun göndərir

NATO Rusiya ilə sərhədə qoşun göndərir
  03 Dekabr 2014    Oxunub:1782
2015-ci ildə Baltikyanı ölkələrdə - Latviya, Litva, Estoniyada NATO əsgərlərinin sayı artırılacaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı Latviya XİN rəhbəri Edqar Rinkeviç bildirib.

“Hələlik mən Latviyada hansı ölkəyə məxsus qoşunların yerləşdirilməsini açıqlamaq istəmirəm. Məsələn bu il Latviyada ABŞ və Norveçdən olan kontingent yerləşdirilib”, - deyə Rinkeviç bildirib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda ABŞ əsgərlərinin 2015-ci ildə də Polşa və Baltikyanı ölkələrdə qalacağı bildirilirdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti