Sabah qar yağacaq

Sabah qar yağacaq
  09 Dekabr 2014    Oxunub:1832
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti dərəcə isti olacağı proqnozlaşdırılır.


Teqlər:  



Xəbər lenti