Elmar Vəliyev ağac əkdi - FOTO

Elmar Vəliyev ağac əkdi - FOTO
  09 Dekabr 2014    Oxunub:3202
Gəncədə 53 min ağacəkmə kampaniyası davam edir. Prezident İlham Əliyevin doğum gününə 53 min ağacın əkilməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən təşəbbüs mütəşəkkilliklə həyata keçirilir.
AzVision.az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı kampaniyanın gedişatı ilə tanış olur, ağac əkilən ərazilərə baş çəkir. İcra başçısı kompaniya çərçivəsində Heydər Əliyev parkında növbəti ağacı əkib.

Kütləvi şəkildə davam edən aksiyada şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Heydər Əliyev Park-Kompleksində, magistral yolların kənarlarında, Gəncə Hava Limanı istiqamətində, Nizami Məqbərəsi ətrafında Gəncənin simvolu olan xan çinar, şam, sərv və digər ağaclar əkilir. Aksiya zamanı əkilən ağaclara qulluq göstərilir və dibləri bərkidilir. Daha sonra ağaclar suvarılır və ətraf alaq otlarından təmizlənir. Bundan başqa öncədən əkilən ağaclara da aqrotexniki qulluğun göstərilməsi davam edir.

Qeyd edək ki, kompaniya başladığı gündən indiyə kimi 40 mindən çox ağac əkilib. Aksiyaya 24 dekabr tarixində yekun vurulacaq və həmin gün 53.000-ci ağac əkiləcək.


Teqlər:  



Xəbər lenti