Dəmiryolçular `Bakı-2015`-ə necə hazırlaşır?

Dəmiryolçular `Bakı-2015`-ə necə hazırlaşır?
  10 Dekabr 2014    Oxunub:1463
“I Bakı Avropa Oyunları ilə əlaqədar Bakı şəhərinə dəmiryolu ilə gələn sərnişinlər üçün bütün şərait yaradılacaq”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əziməmmədov deyib.

QSC rəsmisi bildirib ki, yeni vaqonların alınması istiqamətində hazırda işlər gedir:

“Azərbaycan Dəmir Yolları yaxın vaxtlarda 30 yeni vaqon alacaq. Bakı-Tbilisi-Qars dəmiryolu işə düşəndə həmin vaqonlar Bakıdan İstanbula qədər gedəcəklər. Bu vaqonlar İsveçrədən alınacaq. Vaqon alınacaq şirkətlə hazırda danışıqlar aparılır. 2015-ci ilə qədər həmin vaqonlar Bakıya gətiriləcək. Onlar hazırda fəaliyyətdə olan vaqonlardan fərqlidir. Həm daxili dizaynı, həm də onları təkər sistemi avtomatik olaraq Avropa və yerli standartlara keçmək qabiliyyətinə malikdir”-deyə N. Əziməmmədov vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti