Bulvar Yeni ilə hazırlaşır - Atəşfəşanlıq olacaq

Bulvar Yeni ilə hazırlaşır - Atəşfəşanlıq olacaq
  10 Dekabr 2014    Oxunub:1782
“Yeni il axşamı saat 24:00 Bakı Bulvarında böyük atəşfəşanlıq olacaq”.
Bunu AzVision.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Qeyd edib ki, bayramla əlaqədar Bulvarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək:

“Dənizkənarı Bulvarda 10 yerdə ağaclar bəzədiləcək. Onların hər birinin yanında şaxta baba və qar qız olacaq. Yeni il axşamı saat 24:00 böyük atəşfəşanlıq olacaq. Dənizkənarı Bulvar İdarəsi həmin gün gücləndirilmiş iş rejimində işləyəcək ki, vətəndaşlar rahat əylənsinlər. Mühafizə əməkdaşları da gücləndirilmiş iş rejimində çalışaraq asayişin qorunmasını təmin edəcək”.

N.Məcidov hazırda Bulvarda görülən təmir işlərindən söz açıb: “Dənizkənarı Bulvarda hər ilboyu bu cür təmirlər aparırıq. Bu təmirləri qış fəslinə salırıq”.

Rəis müavini bildirib ki, yay fəslində şəhər əhalisinin çox hissəsi gün ərzində bulvarda gəzintidə olurlar:

“Qış fəslində havalar soyuq olduğundan, sakinlərin sayı az olur və təmir işlərimizi planlaşdıraraq hər il qış fəslində görürük. Bu planlı şəkildə aparılan işlərdi”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti