Partlayış oldu - ana və 8 yaşlı oğlu yandı
Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. S. Bayramova və 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, partlayış baş verən ev yararsız hala düşüb.







Vaxtında, Aydın, Lazımlı!


