İntihar etmək istəyən 4 nəfər xilas edildi - YENİLƏNİB + FOTOLAR

İntihar etmək istəyən 4 nəfər xilas edildi - YENİLƏNİB + FOTOLAR
  10 Dekabr 2014    Oxunub:2027
Bakıda bir neçə nəfər binanın damına çıxaraq intihar etmək istəyir.
AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilər tərəfindən Daxili İşlər Nazirliyinin yanında tikintisi başa çatmayan 15 mərtəbəli binanın damına çıxan 4 nəfər artıq xilas edilib.

Hadisə yerində olan əməkdaşımız bildirib ki, həmin şəxslər hündürmərtəbəli binada işləyən fəhlələrdir. Onlar maaşlarının kəsildiyi üçün bu addımı atıblar. Onlarla aparılan danışıqlar zamanı maaşlarının veriləcəyi bildirilib və fikirlərindən daşındırıblar.

İntihar etmək istəyən şəxslərdən biri 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğludur.





Hafiz Əhmədov
Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti