FHN-dən 6 nəfərin intiharı ilə bağlı açıqlama

FHN-dən 6 nəfərin intiharı ilə bağlı açıqlama
  10 Dekabr 2014    Oxunub:1397
Bakıda 6 nəfər intihara cəhd edib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda 6 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində məlum olub ki, vətəndaşlar tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirirlər.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxslər fikirlərindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:17-də başa çatıb.


Teqlər:



Xəbər lenti