Baytarlıq xidməti Türkiyənin ümidinə qaldı

Baytarlıq xidməti Türkiyənin ümidinə qaldı
  11 Dekabr 2014    Oxunub:1826
“Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar Dermatit” xəstəliyi artıq səngiyib”.
Bunu AzVision.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. DBX-nin rəsmisi bildirib ki, son günlər yeni xəstə heyvanlar qeydə alınmayıb.

“Təxminən 5-6 xəstə heyvan hazırda müalicə olunur. Digər xəstə olan heyvanların hamısı sağalıb. Bu xəstəlik başlayandan bu günə qədər 260 baş heyvan tələf olub. Ümumilikdə isə 6040 baş heyvan bu xəstəliyə yoluxmuşdu. Bununla bağlı işlər hazırda nəzarətdə saxlanılır. Həmçinin xəstəliyin qarşısını tam almaq üçün bir sıra ölkələrlə danışıqlar aparırıq. Qərar alınıb ki, Türkiyədən bu xəstəliyin vaksini alınsın və qarşıdan gələn ildə heyvanların vaksinasiya nəzərdə tutulur”-deyə Y.Xanvəli vurğulayıb.

Xatırladaq ki, “Nodulyar Dermatit” xəstəliyi bu ilin avqust ayının sonlarından başlayaraq Azərbaycanın bir neçə rayonunda heyvanlar arasında yayılıb. Bu xəstəlikdən sonra rayonlarda fəaliyyət göstərən bəzi heyvan bazarlarının fəaliyyəti dayandırılıb. Son günlər xəstəlik azaldığından heyvan bazarlarının fəaliyyəti bərpa olunmağa başlayır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti