Döyülən icra başçısı həkim nəzarətindədir - ÖZƏL
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, xəsarət alan icra başçısı Nizami Hacıyev hazırda xəstəxanadır və həkim nəzarəti altındadır . Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
İcra başçısının müavini isə yüngül xəsarət aldığı üçün ilkin tibbi müayinədən sonra xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


