“Gürcüstanla Azərbaycan arasında yeni sərhəd məntəqəsi yaradılır”

“Gürcüstanla Azərbaycan arasında yeni sərhəd məntəqəsi yaradılır”
  12 Dekabr 2014    Oxunub:1606
“Gürcüstanla Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılacaq”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Gürcüstan arasındakı sərhəd və digər məsələlərdə heç bir problem yoxdur:

“Bu gün yeni sərhəd-keçid məntəqələri açılır. Bu da ehtiyacdan irəli gəlir. Bizim ölkələr arasında iqtisadi və siyasi əlaqələr yüksək səviyyədədir. Münasibətlərimiz get-gedə daha da inkişaf edir, möhkəmlənir. İnsanlar arasında təmas artır. Ona görə də həm ticarət, həm də sosial əlaqələr imkan verir ki, yeni sərhəd-keçid məntəqələri yaradılsın”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti