`Leyla Yunus özünü tərbiyyəsiz aparırdı` - Mədət Quliyev

`Leyla Yunus özünü tərbiyyəsiz aparırdı` - Mədət Quliyev
  12 Dekabr 2014    Oxunub:2472
“Leyla Yunus istintaq təcridxanasında saxlanılır. Mətbuatda həqiqətə uyğun olmayan gülünc iddialar irəli sülürür ki, guya ona yemək və dərman verilmir. Bu, heç bir Azərbaycançılığa uyğun olmayan məsələlərdir”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəisi, ədliyyə nazirinin müavini Mədət Quliyev deyib. O vurğulayıb ki, Leyla Yunus təqsirləndirilən digər şəxslərlə bir yerdə saxlanılı. Ona heç bir təzyiq olmayıb və ola da bilməz.

M.Quliyevin sözlərinə görə, dünən Səhiyyə Nazirliyindən gələn həkimlər onu ziyarət ediblər.

“Qadın həkimlər, müxtəlif qurumlardan, QHT-lərin nümayəndələri ilə bir yerdə ona baş çəkməyə getmişdilər. Həkimlər də baxıb ki heç bir xəstəliyi yoxdur. Sadəcə o özünü tərbiyyəsiz aparırdı. Həkimlərə də ağır sözlər deyib, təhqir edib. Bu, onun yaşayış üsuludur”.

M.Quliyev jurnalist Xədicə İsmayılovanın da saxlanma şəraitindən danışıb:

“O, törətdiyi cinayətə görə saxlanılıb. Həmin qaydada ona da münasibət eynidir. Heç bir təzyiq yoxdur. Bəzi əcnəbi təşkilatlardan qəbulumda olan şəxslər sual verir ki, niyə ard-arda guya siyasətlə məşğul olan adamlar tutulur. Bunun da cavabı sadədir, çünki Mirqədirovun Ermənistan səfəri ilə bağlı cinayət işi qaldırılıb. Bunlar da hamısı cinayət işində adı hallanan adamlardır və ona görə də həbs olunublar”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti