Şeyxin məhkəməyə verdiyi şirkətdən AÇIQLAMA
Şirkətdən AzVision.az-a bildirilib ki, QMİ “Travel and Holiday” MMC-dən şikayətçi deyil:
“Bu məlumat düzgün deyil. Belə bir şey yoxdur. Boş-boş söhbətlərdir. Bizi heç kəs məhkəməyə verməyib. Ödənilən vəsaitlərin geri qaytarılması ilə bağlı heç bir problem yoxdur”.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsindən bildirilib ki, QMİ “Travel and Holiday” MMC-dən şikayətçidir. İdarə müqavilə üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasını tələb edir. Şeyxülislam HacıAllahşükür Paşazadənin sədri olduğu idarənin şirkətdən nə qədər pul tələb etdiyi açıqlanmır.
Hafiz Əhmədov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


